Главная > idman > Qarabağ" APOEL-lə cavab matçına çıxacaq
Qarabağ" APOEL-lə cavab matçına çıxacaq13-08-2019, 12:32. Разместил: djbaz |
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək. APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Mövsümdə ilk dəfə bu arenada meydana çıxacaq “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmayıb. Ağdam klubu pley-offa yüksəlmək üçün bu seriyanı davam etdirməlidir. Çempionumuzu hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək. “Qarabağ” APOEL səddini adlasa, avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda oynamaq hüququ əsas mərhələdə iştirak anlamına gəlir. III təsnifat mərhələsini keçən komanda pley-offdakı uğurla Çempionlar Liqasının, əks halda isə Avropa Liqasının qrupunda oynayır. Bugünkü uğur “Qarabağ”ın ardıcıl 6-cı dəfə qrupa düşməsini rəsmiləşdirəcək. Qeyd edək ki, “Qarabağ” – APOEL cütünün qalibi pley-offda “Ayaks” – PAOK duelinin güclüsü ilə qarşılaşacaq. Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək. Çempionlar Liqası III təsnifat mərhələsi Cavab oyunu Çempionlar yolu 13 avqust 20:30. “Qarabağ” – APOEL (Kipr) Baş hakim: Daniel Siebert Baş hakimin köməkçiləri: Yan Seydel, Lasse Kozlovski Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya) Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka) UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun – 2:1 Вернуться назад |