Главная > idman > Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib
Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə edib18-07-2019, 15:00. Разместил: djbaz |
Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir. Trend-in məlumatına görə, bu haqda Argentinanın ali idman məhkəmisinin üzvü Qustavo Abreu məlumat verib. O bildirib ki, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər. Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyaya uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib. Вернуться назад |