Главная > idman > Franko Lerda: "Qarabağ" əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı"

Franko Lerda: "Qarabağ" əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı"


18-07-2019, 14:51. Разместил: djbaz
Franko Lerda: "Qarabağ" əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı"

"Qarabağ" bu gün 2 qol vursa da, biz bunu edə bilmədik. Mərhələ keçməməyimizə səbəb də bu oldu".

APA-nın məlumatına görə, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Tiranada qolsuz bərabərə qalan Albaniya çempionu Bakıdakı cavab qarşılaşmasında 0:2 hesabı ilə məğlub olaraq, yarışla vidalaşıb. Onlar mübarizəni Avropa Liqasında davam etdirəcəklər.


Oyunsonrası mətbuat konfransında F. Lerda məğlubiyyətin səbəblərini açıqlayıb: "Futbolda hər şey ola bilər. Bizim də 3-4 qol epizodumuz oldu. Əvəzində rəqib əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı".

O, hər iki oyunda müdafiədə oynamalarına da aydınlıq gətirib: Bu, rəqibin gücündən, kimə qarşı oynamağınızdan asılıdır. Güclü rəqibə qarşı təbii ki, müdafiə futbolu oynamalısan. Amma öz gücümüzə görə rəqiblə hücum futbolu göstərmək olar. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram".

F. Lerda "Qarabağ"ın hansı mərhələyədək irəliləyə biləcəyini deməkdə isə çətinlik çəkib: "Qarabağ" güclü komandadır. Hansı mərhələyə qədər adlaya biləcəklərini dəqiq deyə bilmərəm. Dani Kintana kimi, meydana daxil olanda kimi fərqlənməyi bacaran oyunçuları var. Ailton Silvanı da qeyd etmək olar".
Вернуться назад