Главная > idman > Azərbaycan yığmasına dünya çempionatı üçün 12 futbolçu çağırılıb

Azərbaycan yığmasına dünya çempionatı üçün 12 futbolçu çağırılıb


16-07-2019, 14:06. Разместил: djbaz
Azərbaycan yığmasına dünya çempionatı üçün 12 futbolçu çağırılıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

APA-nın məlumatına görə, yığmamızın dünya çempionatının seçmə oyunlarında iştirak edəcək futbolçuları bəlli olub.

İyulun 17-dən 28-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək matçlarda millimizin şərəfini 12 oyunçu qoruyacaq: Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev, Rafiq Kərimov.

Qeyd edək ki, millimiz iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.
Вернуться назад