Главная > idman > Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb

Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb


13-07-2019, 12:25. Разместил: djbaz
Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasında Trend-ə verilən məlumata görə, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib.

Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.

Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib.


Вернуться назад