Главная > idman > Franko Lerda: "Bəxtimiz gətirsəydi, “Qarabağ”a qalib gələ bilərdik"

Franko Lerda: "Bəxtimiz gətirsəydi, “Qarabağ”a qalib gələ bilərdik"


11-07-2019, 13:08. Разместил: djbaz
Franko Lerda: "Bəxtimiz gətirsəydi, “Qarabağ”a qalib gələ bilərdik"

“Mən çox xoşbəxtəm. Çünki futbolçular “Qarabağ” kimi güclü rəqibə qarşı yaxşı oynadılar”.

APA-nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu barədə fikirlərini açıqlayıb: “Bir az da bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Biz elə oyun qurmuşduq ki, rəqibi çaşbaş salaq. Bu gün yetirmələrim çox bacarıqlı idilər. Rəqib oyuna nəzarət edirdi. Amma biz də oyun intizamını qoruyurduq. Ən real qol vəziyyətlərini də bizim komanda yaratdı. Hesab edirəm ki, cütün taleyi ilə bağlı sual hələ açıq qalır. Biz cavab oyununda maksimum gücümüzü qoyacağıq. Necə oynayacağımızı da çox gözəl bilirik”.

Qeyd edək ki, Tiranadakı qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Вернуться назад