Главная > idman > 43-cü Azərbaycanın 5 taekvondoçusu “Top-20”də yer alıbmilli parkların və su mənbələrinin qorunması məsələləri müzakirə edilib

43-cü Azərbaycanın 5 taekvondoçusu “Top-20”də yer alıbmilli parkların və su mənbələrinin qorunması məsələləri müzakirə edilib


4-07-2019, 10:32. Разместил: djbaz
43-cü Azərbaycanın 5 taekvondoçusu “Top-20”də yer alıbmilli parkların və su mənbələrinin qorunması məsələləri müzakirə edilib

Beynəlxalq Taekvondo Federasiyası iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, Olimpiya çəki dərəcələri üzrə siyahıda Azərbaycan taekvondoçuları da yer alıblar.

“Top-20”də yığmamızın yenə 5 üzvü qərarlaşıb. Taekvondoçularımızdan ən yüksək pillədə Milad Beiqi Harçeqani (80 kq) qərarlaşıb. İkiqat dünya çempionu öz çəki dərəcəsində 432,11 xalla üçüncü yerdədir. O, ötən ayla müqayisədə 1 rəqibini özündən irəli buraxıb.

Olimpiya çempionumuz Radik İsayev (+80 kq) də 1 pillə geriləyib. Aktivində 276,07 xalı olan taekvondoçumuz 5-ci yerə enib.

Digər təmsilçilərimizdən Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 176,60 və 162,48 xala sahibdirlər. Hər iki taekvondoçu 17-ci yerdədir.

Rio-2016-nın bürünc medalçısı Patimat Abakarova (49 kq) isə 145,12 xalla 23-cü pillədə qərarlaşıb. O, son siyahı ilə müqayisədə 1 pillə aşağı düşüb.
Вернуться назад