Главная > idman > Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib
Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib2-07-2019, 09:14. Разместил: djbaz |
Futbol üzrə Serbiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. APA-nın məlumatına görə, balkan təmsilçisinin “sükanı arxası”na Lyubişa Tumbakoviç keçib. Dörd mütəxəssis arasında seçim edən futbol federasiyasının rəhbərliyi seçimini 66 yaşlı serbiyalı çalışdırıcının üzərində dayandırıb. Ötən ay Monteneqro millisinin baş məşqçisi postundan kənarlaşdırılan L.Tumbakoviç uzun müddət işsiz qalmayıb. Qeyd edək ki, mütəxəssis Monteneqro yığmasından AVRO-2020-nin seçmə mərhələsinin Kosovo ilə oyununa çıxmaqdan imtina etdiyi üçün kənarlaşdırılıb. Вернуться назад |