Главная > idman > Avropa Oyunlarının qalibi: "Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm"

Avropa Oyunlarının qalibi: "Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm"


27-06-2019, 10:29. Разместил: djbaz
Avropa Oyunlarının qalibi: "Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm"

"Bu qələbəni hərbçilərimizə dəvət edirəm. Bu yaxınlarda özüm də hərbçi olacam".

Bunu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına ezam olunmuş APA-nın əməkdaşına sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Mahir Əmiraslanov deyib.

57 kq çəki dərəcəsində Minsk-2019-un qalibi olan pəhləvan final qarşılaşmasından sonra sevincini bölüşüb. O bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün səylə çalışacaq: "Federasiya rəhbərliyinə - Namiq Əliyev, Firdovsi Umudova, təşəkkürümü bildirirəm. Vitse-prezidentimizin üzərimdə çox böyük əziyyəti olub. Əziyyəti olan hər bir şəxsə minnətdaram. Bu, Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm. Axırıncı yox, axarıncı olsun, bayrağımız daima yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra daima bayrağımı ucaldım".

Qeyd edək ki, M. Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib.

Вернуться назад