Главная > idman > Slovakiya millimizi darmadağın etdi

Slovakiya millimizi darmadağın etdi


12-06-2019, 10:17. Разместил: djbaz
Slovakiya millimizi darmadağın etdi

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

Unikal.org xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edib. Bu, komandamızın cari tsikldə üçüncü görüşü olub.
Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.

Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.

Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1.

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan - Slovakiya - 1:5

QOLLAR: Şeydayev, 29 - Lobotka, 8, Kuçka, 27, Hamşik, 30, 57, Hançko, 85


Вернуться назад