Главная > idman > UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verib
UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verib28-05-2019, 08:39. Разместил: djbaz |
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər. ONA-nın məlumatına görə, bu, mayın 29-da təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış olub. Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər. Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq. Вернуться назад |