Главная > idman > Azərbaycan yığması Gümüş Avropa Liqasına məğlubiyyətlə başlayıb

Azərbaycan yığması Gümüş Avropa Liqasına məğlubiyyətlə başlayıb


25-05-2019, 20:30. Разместил: djbaz
Azərbaycan yığması Gümüş Avropa Liqasına məğlubiyyətlə başlayıb

Bu gün kişi voleybolçular arasında Gümüş Avropa Liqasına start verilib.

ONA-nın məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığması ilk tur çərçivəsində Rumıniyanı qəbul edib.

Oyun komandamız üçün uğurlu başlasa da, yekunda qonaqlar qələbə qazanıblar. Rumınlar ilk seti uduzduqdan sonra ardıcıl 3 hissəni aktivlərinə yazıblar - 3:1. Nəticədə Fərid Cəlalovun yetirmələri meydandan xalsız ayrılıblar. Rəqib isə 3 xala sevinib.

Voleybolçularımız növbəti oyunlarını mayın 29-da səfərdə Gürcüstana qarşı keçirəcək.

Gümüş Avropa Liqası
B qrupu
I tur
Azərbaycan - Rumıniya - 1:3 (25:23, 21:25, 18:25, 22:25)
Hakimlər: Vlastimol Kovar (Çexiya), Konstantin Selin (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, qrupumuzun digər oyunda Danimarka Gürcüstanı sınağa çəkir.
Вернуться назад