Главная > idman > Beynəlxalq və Azərbaycan Cüdo Federasiyalarının rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər

Beynəlxalq və Azərbaycan Cüdo Federasiyalarının rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər


10-05-2019, 11:57. Разместил: djbaz
Beynəlxalq və Azərbaycan Cüdo Federasiyalarının rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər
Bu gün Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyublar.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Qeyd edək ki, mayın 10-da Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə mayın 12-də yekun vurulacaq.
Вернуться назад