Главная > idman > Yakub Jezniçak “Qarabağ”dan ayrılacaq

Yakub Jezniçak “Qarabağ”dan ayrılacaq


7-05-2019, 10:46. Разместил: djbaz
Yakub Jezniçak “Qarabağ”dan ayrılacaq
“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Ağdam klubundan ayrıla bilər.

Djb.az xəbər verir ki, ONA-nın Polşa mətbuatına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçi mövsüm başa çatdıqdan sonra Azərbaycan çempionu ilə vidalaşacaq.


2017-ci ildən oynadığı “Qarabağ”da iki dəfə ölkə çempionatının qızıl medallarını qazanan Y.Jezniçakın karyerasını vətənində davam etdirəcəyi gözlənilir. Belə ki, Ağdam klubuna “Legiya”dan gələn müdafiəçinin vətənindən aldığı təkliflərdən birini dəyərləndirəcəyi bildirilir.

Вернуться назад