Главная > idman > Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nda iştirak edəcəklər

Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nda iştirak edəcəklər


7-05-2019, 10:45. Разместил: djbaz
Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nda iştirak edəcəklər
Bu gün Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnir start götürəcək.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edəcək.


Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.


Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin iştirakı gözlənilir.

Вернуться назад