Главная > idman > Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR

Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR


12-03-2019, 13:26. Разместил: djbaz
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR
Dünən Region Liqasının I Play Off mərhələsinin ilk oyunları keçirilib. Mingəçevirdə "Energetik" komandası "Salyan" komandasını qəbul edib. Meydan sahiblərinin böyük üstünlüyü ilə keçmiş qarşılaşmada, mingəçevirlilər 6:0 hesablı inamlı qələbə qazanıb.

Premyer.az xəbər verir ki, bu qələbədə böyük pay, stadiona toplaşmış yerli azarkeşlərin və bu yaxınlarda yeni yaradılmış "ZONA45" azarkeş qrupunun payına düşür. Fan qrupun üzvləri plakat və afişalardan əlavə, oyun boyunca, musiqi sədaları altında möhtəşəm rəngarəng atəşfəşanlıq təşkil edərək, komandalarına dəstək olmaqla yanaşı, oyunun bayram əhval ruhiyyəsində keçməsinə nail olublar.

Belə dəstəyi, nəinki Birinci Divizionda, heç Premyer Liqanın əksər oyunlarında da görmək mümkün deyil. Meydan sahiblərinin vurduğu 6 cavabsız qol isə bir daha sübut edir ki, azarkeş dəstəyi, komandaları motivasiya etmək üçün ən vacib amillərdən biridir.

Görünən isə odur ki, Azərbaycanın 1 nömrəli fan klubu olan "Forza Neftçi"yə layiqli rəqib yetişir!

REGİON LİQASI
I Play Off mərhələsi (ilk oyun)

"Energetik" (Mingəçevir) 6-0 "Salyan"
Tarix: 10 mart 2019
Yer: Mingəçevir şəhər stadionu
Başlama saatı: 15:00
Qollar: Tural Məmmədzadə (2 qola imza atıb), Elvin Əlizadə, Kamran Həsənzadə, Samir Məmmədov, Zamir Cəlilov.
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR
Region Liqası, I Play Off mərhələsi: "ZONA45"dən komandalarına möhtəşəm dəstək! FOTOLAR

Вернуться назад