Главная > idman > Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək
Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək27-11-2018, 10:18. Разместил: djbaz |
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək. Open.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Günün mərkəzi oyunu İtaliyada baş tutacaq. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu "Roma" ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda növbəti mərhələni təmin edəcək. Qrupun digər matçında isə Rusiya MOİK-i Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edəcək. Qonaqlar 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmağa çalışacaq. Moskva təmsilçisi isə növbəti mərhələyə yüksəlmək şansını sonuncu - VI tura saxlamaq niyyətindədir. İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə İspaniya "Valensiya"sı ilə münasibətlərə aydınlıq gətirəcək. Turin klubu qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək. Qrupun digər görüşündə isə İngiltərənin "Mançester Yunayted" klubu doğma azarkeşlər önündə İsveçrə "Yanq Boyz" unun müqavimətini qırmağa çalışacaq. 27 noyabr Çempionlar Liqası, V tur E qrupu 21:55. AEK (Afina, Yunanıstan) - "Ayaks"(Hollandiya) 00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) Xal durumu: "Bavariya" - 10, "Ayaks" - 8, "Benfika" - 4, AEK - 0. F qrupu 00:00. "Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə) 00:00. "Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) Xal durumu: "Mançester Siti" - 9, "Lion" - 6, "Hoffenhaym" - 3, "Şaxtyor" - 2. G qrupu 21:55. MOİK (Moskva, Rusiya) - "Viktoriya" (Plzen, Çexiya) 00:00. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) Xal durumu: "Roma" - 9, "Real Madrid" - 9, MOİK - 4, "Viktoriya" - 1. H qrupu 00:00. "Yuventus" (İtaliya) - "Valensiya" (İspaniya) 00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) Xal durumu: "Yuventus" - 9, "Mançester Yunayted" - 7, "Valensiya" - 5, "Yanq Boyz" - 1. Вернуться назад |