Главная > idman > Super Kubok oyunu Səudiyyə Ərəbistanında keçiriləcək

Super Kubok oyunu Səudiyyə Ərəbistanında keçiriləcək


7-06-2018, 00:49. Разместил: djbaz
 Super Kubok oyunu Səudiyyə Ərəbistanında keçiriləcək


"Yuventus” və "Milan” arasında keçiriləcək İtaliya Super Kuboku uğrunda görüşün harda baş tutacağı müəyyənləşib.


Qarşılaşma Səudiyyə Ərəbistanında keçiriləcək. Bu barədə məlumatı "Calciomercato” yayıb. Xəbərdə matçın gələn ilin yanvarında baş tutacağı vurğulanıb. İtaliya Futbol Federasiyası görüşün Səudiyyə Ərəbistabında keçirilməsinə görə 7 milyon avro qazanacaq ki, bu məbləğin də 45 faizi oyunun iştirakçılarına çatacaq.

Qarşılaşmanın keçiriləcəyi məkan və vaxtın yaxın günlərdə müəyyənləşəcəyi deyilir.

Hikmət Günəş
Вернуться назад