DataLife Engine > Версия для печати > Olimpiadaya lisenziya qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib
Главная > idman > Olimpiadaya lisenziya qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib

Olimpiadaya lisenziya qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib


2-05-2018, 16:18. Разместил: djbaz
Olimpiadaya lisenziya qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib
Milli Olimpiya Komitəsində (MOK) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılarla görüş keçirilib. MOK-un Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqçilər və federasiya nümayəndələrinin də qatıldıqları görüşdə Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunacaq olimpiadaya hazırlıq, yaşayış və akkreditasiya məsələləri haqqında danışılıb, qarşıdan gələn Oyunlarda idmançılara uğurlar arzulanıb. "Buenos Ayres 2018"in gənc səfiri Səkinə Vəliyeva Oyunlar haqqında ətraflı məlumat verib. Təqdimat zamanı idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə söhbət açıb. Həmçinin bu Oyunlarda xüsusi diqqətin dopinqə qarşı mübarizəyə yönəldildiyi qeyd olunub. Tədbir iştirakçıların - atlet və məşqçilərin sual-cavab sessiyası ilə sona çatıb. Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda keçiriləcək. Oyunlarda 4000-dək idmançının iştirakı gözlənilir. Hazırda Azərbaycanın hesabında 7 lisenziya mövcuddur ki, bunlardan hərəyə 2-si üzgüçülük və stolüstü tennisin, hərəyə 1-i gimnastika, taekvondo və boksun payına düşür.
Вернуться назад