Главная > idman > 2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr


3-04-2018, 18:35. Разместил: djbaz
2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr



2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Milli Olimpiya komitələrinin siyahısı açıqlanıb.
DJB.az Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, yarışların təşkili üçün yeddi ölkə quruma rəsmi müraciət edib. Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) Olimpiadanı keçirmək üçün namizədliyini irəli sürüb.

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-nin gələn ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.

Qeyd edək ki, sonuncu – XXIII Qış Olimpiya Oyunları bu ilin fevralında Koreya Respublikasının Pxençan şəhərində keçirilib.
Вернуться назад