Главная > idman > “Real” Neymarı alır - 400 milyona avroya

“Real” Neymarı alır - 400 milyona avroya


12-03-2018, 19:32. Разместил: djbaz
“Real” Neymarı alır - 400 milyona avroya




Ötən yay 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə keçən Neymarın qiyməti gün keçdikcə bahalaşmaqdadır.

Braziliyalı ulduzun 400 milyon avro qarşılığında "Real Madrid”ə transfer ediləcəyi bildirilir.

İspaniya mediasının yaydığı xəbərə görə, "Real” klubu Neymarın atası ilə əlaqə saxlayıb və futbolçu üçün "Barselona”ya ödənilən məbləğin iki qatını verməyə hazır olduqlarını deyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan isə yayılan xəbərə qəribə reaksiya verib:

"Mənim olmayan futbolçu haqqında danışmaq istəməzdim, ancaq 400 milyon da danışılmayacaq rəqəm deyil. "Real” məni 2000-ci ildə 72 milyon avroya alanda mən bunun dəlilik olduğunu düşünmüşdüm”.

Qeyd edək ki, Neymarın "Real”a keçidi bir neçə şərtdən asılıdır. Ulduz futbolçu daha əvvəl PSJ-nin qarşısına Çempionlar Liqasında birinci olmayacağı təqdirdə komandadan ayrılacağı şərtini qoymuşdu. PSJ-nin ÇL-in 1/8 final mərhələsində "Real”a böyük hesabla məğlub olması gözləri Neymarın qoyduğu şərtə çevirib.
Вернуться назад