Главная > idman > Mahir Şükürov bir milyon lirədən imtina etdi
Mahir Şükürov bir milyon lirədən imtina etdi6-02-2018, 15:27. Разместил: djbaz |
Türkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan verib. O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Əldə olunan razılığa görə, Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək: “Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”. Qeyd edək ki, Mahir Şükürov 2014-2015 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib. Вернуться назад |