Главная > idman > Dino Ndlovu “Qarabağ”dan ayrıldı

Dino Ndlovu “Qarabağ”dan ayrıldı


10-01-2018, 09:58. Разместил: djbaz
Dino Ndlovu “Qarabağ”dan ayrıldı
“Qarabağ”ın afrikalı hücumçusu Dino Ndlovu komandasından ayrılıb.

Oxu.Az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusla bunu təsdiqləyib:

“Karyeramı “Qarabağ”da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim. Karyeramın ən gözəl günləri idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda yaxşı insanlar tanıdım. Karyeramda ən çətin qərarlardan birini verdim. Qanım “Qarabağ”ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm”.
Dino Ndlovu “Qarabağ”dan ayrıldı

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak da Dinonun ayrılığına biganə qalmayıb. O, sosial şəbəkədə Ndlovu ilə birlikdə şəkillərini paylaşaraq, bu sözləri yazıb:

“Kopenhagen”ə vurduğun qola görə təşəkkür. Uğurlar”.
Dino Ndlovu “Qarabağ”dan ayrıldı

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin yayından “Qarabağ”ın formasını geyinirdi. O, Çinin “Hançjou Qrintaun” klubuna transfer olunub.
Вернуться назад