Главная > idman > Azad Rəhimov qara kəmər ustasını mükafatlandırdı

Azad Rəhimov qara kəmər ustasını mükafatlandırdı


8-01-2018, 10:38. Разместил: djbaz
Azad Rəhimov qara kəmər ustasını mükafatlandırdı
Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyası əldə etdiyi nailiyyətlərə görə daha bir mükafat əldə edib. Belə ki, Federasiyanın baş məşqçisi, VI Dan qara kəmər sahibi Abbas Hünbətov Gənclər və İdman Nazirliyi tərəfindən “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülüb.

Modern.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimovun imzası ilə baş məşqçi Abbas Hünbətova bununla bağlı vəsiqə və döş nişanı təqdim edilib.

Abbas Hünbətov 1996-cı ildə Federasiyanı təsis edib və müxtəlif dövrlərdə federasiyanın prezidenti, baş katibi, baş məşqçisi vəzifələrini tutub. Ötən dövr ərzində onun təşəbbüsü və rəhbərliyi ilə 12 dəfə Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunan müxtəlif turnir və çempionatlar, şəhidlərimizin xatirəsinə həsr olunan çoxsaylı yarışlar keçirilib. Bundan başqa A.Hünbətovun rəhbərliyi altında Federasiyanın idmançıları dəfələrlə Avropa, Asiya, Dünya çempionatlarında iştirak edib, 100-dən artıq beynəlxalq turnirlərə qatılıblar. Bu yarışlarda Azərbaycanı layiqincə təmsil edib, həm fərdi, həm də komanda hesabında həmişə mükafatçılar sırasında olublar. Buna görə də onlar təmsil etdikləri Federasiyanı ölkəmizə ən çox medal və kubok gətirən federasiyalar sırasına çıxarıblar.

Bundan başqa A.Hünbətovun yetişdirdiyi idmançılar beş min idmançının qatıldığı Şərq əlbəyaxa döyüş növləri Olimpiadasında ölkəmizi yüksək səviyyədə təmsil edərək 4 qızıl medal qazanıbar.

Federasiyanın idmançılarının tətbiq etdikləri fəndlər, döyüş taktikaları, rinqdə nümayiş etdirdikləri əzmkarlıq, iradə onlar haqqında həmişə müsbət fikir formalaşdırıb. Bütün bunların qazanılmasında isə Federasiyanın baş məşqçisi Abbas Hünbətovun böyük zəhməti dayanır.
Вернуться назад