Главная > idman > Ölkəmizi Qış Olimpiya Oyunlarında bu idmançı təmsil edəcək

Ölkəmizi Qış Olimpiya Oyunlarında bu idmançı təmsil edəcək


6-01-2018, 10:12. Разместил: djbaz
Ölkəmizi Qış Olimpiya Oyunlarında bu idmançı təmsil edəcək
Həmişəki kimi 2018-ci ildə də Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə qatılması nəzərdə tutulur. Bunlardan biri də Qış Olimpiya Oyunlarıdır.

Hələ sovet dövründə Bakıda qış idman növlərinin inkişafı üçün baza yaradılması istiqamətində müəyyən işlər görülüb, addımlar atılıb. Bakıda idman saraylarında fiqurlu konkisürmə üzrə yarışlar baş tutub. Lakin Azərbaycanın cənub ölkəsi olması qış idman növlərinin kifayət gədər inkişafı üçün imkanlar yaratmadı.

Buna baxmayaraq Azərbaycan 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına 5 idmançı ilə qatılıb.

2002-ci il 8 fevral-24 fevral tarixləri arasında ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən Qış Olimpiya Oyunlarında ölkəmiz 4 idmançı ilə 2 idman növündə, 2006-cı ildə 10-26 avqust tarixləri arasında İtaliyanın Turin şəhərində baş tutan Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növü üzrə təmsil olunub.

2010-cu il 12 fevral-28 fevral tarixləri arasında Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə, 2014-cü il 7 fevral-23 fevral tarixləri arasında isə Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarında ölkəmiz 4 idmançı ilə 2 idman növündə təmsil olunub.

Həmin vaxtdan bütün analoji yarışlara qatılan ölkəmiz 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarında da idman ailəsindən kənar düşməyəcək. Azərbaycan Qış Olimpiya Oyunlarındakı iştirak ənənəsini davam etdirəcək. 9 - 25 fevral tarixlərində keçiriləcək Ağ Olimpiadada yığmamız ardıcıl 6-cı dəfə mübarizə aparacaq.
Azərbaycanı 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı da müəyyənləşib.

Milli Olimpiya Komitəsinin mətbuat katibi Əzizə İsmayılovanın Modern.az-a verdiyi məlumata görə, bu il ölkəmizi Qış Olimpiya Oyunlarında Patrik Braxner təmsil edəcək.

“25 yaşlı Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin zaman Braxner böyük slalom növündə 53-cü yeri tutub.

İdmançı 2018-ci il olimpiyasına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib”.
Вернуться назад