Главная > idman > "Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!

"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!


6-01-2018, 10:07. Разместил: djbaz
"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!

Sağlam bədəndə, sağlam ruh olar, deyiblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Respublika Kik Boksinq Federasiyasının Prezidenti Adil Əliyev bu amili əsas götürərək ətrafına sağlam insanları, xüsusən də sağlam əqidəli idmançıları toplayıb.Hər biri öz-özlüyündə Vətənimizin müdafiəçisi, dövlətimizin ümid yeridir.

2017-ci ilin əvvəllərində yaradılan, ölkədə böyük rəğbətlə qarşılanan "Xocalı Kikboksinq İdman Klubu" da Respublika Kik Boksinq Federasiyasının tərkibində fəaliyyət göstərir.Klubun direktoru 5 qat dünya çempionu, Azərbaycanın qladiatoru Ehram Məcidov, baş məşqçisi, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün Əli Cəfərovdur.

Klubda müxtəlif yaş qrupunda məşqlər aparılır.

Uşaq, yeniyetmə və gənclərin qəlbində Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılanır.Biz,şəkildə gördüyünüz bu azyaşlıların işıqlı gələcəyinə böyük ümid bəsləyirik.Onlar düşmənlərin anasını ağladacaq "kamikadze"lərdir.

Var olun, dəyərli Adil müəllim, dəyərli Ehram müəllim, dəyərli Əli müəllim!

Biz, Sizə inanırıq. İnanırıq ki, yetişdirdiyiniz idmançılar doğma yurdumuza sədaqətlə xidmət edəcəklər.


Şamil Sabiroğlu,
"fact-info.az", "xebertv.az" və "tereqqi.az" saytlarının xüsusi müxbiri.

"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!
"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!
"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!
"Xocalı" İdman Klubu uşaq və gəncləri düşmənə nifrət ruhunda yetişdirəcək!

Вернуться назад