» » Azərbaycan Alpaqut Federasiyasında yeni təyinat.

Azərbaycan Alpaqut Federasiyasında yeni təyinat.

  • 31-10-2016, 14:12
  • idman
  • 1352
Azərbaycan Alpaqut Federasiyasında yeni təyinat. Djb.az xəbər verir ki, Avropa çempionu və dəfələrlə beynəlxalq turnirnirlərin qalibi,tanınmış boksçu Etibar Tağıyev Azərbaycan Alpaqut Federasiyasının nizam intizam komitəsinə və eyni zamanda federasiyanın Binəqədi filialının sədri təyin olunub.
Etibar Tağıyev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildən boksla məşğul olmağa başlayıb.1998-ci il Rusiyanın Saratov şəhərində keçirilən 9 May Qələbə gününə həsr edilmiş beynəlxalq turnirdə qalib olub. Daha sonra Latviyanın Yurmala şəhərində keçirilən Avropa çempionatında 3-cü yerə layiq görülüb. 1999-cu ildə Gürcüstanda keçirilən Beynəlxalq turnirin də qalibi olub. Gürcüstandan sonra Ukraynaya yola düşən Etibar Tağıyev Donetsk şəhərində keçirilən turnirdə 2-ci yeri qazanıb. Elə həmin Bakıda keçirilən Avropa Çempionatında da parlaq qələbələr nümayiş etdirərək Avropanın ən güclü və texnikalı boksçusu adına layiq görülüb. 2001-ci ildə Almaniyanın Branderburq şəhərində keçirilən beynəlxalq turnirdə isə 3 döyüşdə 3 nokautla turnirin ən güclü boksçusu adı və xüsusi hədiyyə ilə təltif olunub. 2007-ci ildə İranda keçirilən turnirdə Etibar Tağıyev yenə də birinci olub. 2008-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq turnirlərdən birində də 1-ci yerin sahibi olub.
Etibar Tağıyev hazırda boks karyerasını məşqçi olaraq davam etdirir.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930