» » İslamiada: Bədii gimnastlarımız 7 medal qazanıb

İslamiada: Bədii gimnastlarımız 7 medal qazanıb

  • 14-05-2017, 22:53
  • idman
  • 111
İslamiada: Bədii gimnastlarımız 7 medal qazanıb  Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulub. Verilən məlumata görə, yarışın son günündə fərdi mübarizədə 4 dəst medalın sahibi bəlli olub.

Milli Gimnastika Arenasında halqa, top, gürzlər və lentlə çıxış edəcək gimnastlar qalibləri müəyyənləşdirib. Azərbaycan yığması bütün hərəkətlərdə iki idmançı - Marina Durunda və Jalə Piriyeva ilə təmsil olunub. Onlar ümumilikdə 7 medal əldə edib. Marina 2 qızıl, 1 gümüş və 1 bürünc əldə edibsə, Jalə qızıl, gümüş və bürüncə yiyələnib.

Halqa ilə yarışlarda Durunda bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Onun çıxışı 17,600 xalla qiymətləndirilib. Piriyeva 16,050 xalla bürüncə yiyələnib. 2-ci yeri isə özbəkistanlı Anastasiya Serdyukova tutub - 16,450 xal.

Topla hərəkətlərdə isə idmançılarımız yerlərini dəyişib. Jalə 17,550 xalla hamıdan güclü olubsa, Marina 3-cü yeri tutub – 15,800 xal. Serdyukova yenə gümüşə sevinib – 16,950 xal.

Gürzlərlə hərəkətdə isə yalnız Durunda medal əldə edib. Marina 2-ci yerlə kifayətlənib – 16,550 xal. Çempionluğa isə Serdyukova (16,900) sevinib. Onun həmyerlisi Sabina Taşkenbayeva isə 16,300 xalla 3-cü olub. Jalə isə bu hərəkətdə 4-cü yeri tutub.

Lentlə hərəkətdə Durunda və Piriyeva eyni nəticə göstərib - 15,450 xal. Hakimlərin əlavə rəyi ilə Marina qızıl medal əldə edib. Taşkenbayeva 14,950 xalla 3-cü yeri tutub.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031