» » Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

  • 28-04-2017, 15:04
  • idman
  • 62
Qadın voleybolçular arasında klublararası dünya çempionatının püşkü atılıb.Verilən məlumata görə, mayın 8-14-də Yaponiyanın Kobe şəhərində keçiriləcək mundialda 8 komanda 2 qrupa bölünüb.

A qrupunda “Dinamo” (Rusiya, Moskva), “Hisamitsu” (Yaponiya), “Rexona Sesc” (Braziliya) və “Vakıfbank” (Türkiyə) mübarizə aparacaq. B qrupunda isə “Əczaçıbaşı” (Türkiyə), NEC (Yaponiya), “Osasko” (Braziliya) və “Volero” (İsveçrə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, indiyədək 10 dəfə keçirilən yarışda Azərbaycanın “Rabitə” klubu 2 dəfə təmsil olunub. Artıq mövcud olmayan komanda 2011-ci ildə mundialın qalibi olduğu halda, 1 il sonra gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031