» » Azərbaycan futzalçıları Albaniya yığmasını darmadağın edib

Azərbaycan futzalçıları Albaniya yığmasını darmadağın edib

  • 9-04-2017, 23:47
  • idman
  • 170
Azərbaycan futzalçıları Albaniya yığmasını darmadağın edib  Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib.Verilən məlumata görə, yığmamız Albaniya ilə qarşılaşıb.

B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu - Macarıstanla oyunda heç-heçə də bəs edəcək.

Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.

AÇ-2018-in seçmə mərhələsi
B qrupu
II tur

Bosniya və Herseqovina – Macarıstan - 2:2

Azərbaycan – Albaniya - 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41

Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728