» » "Qarabağ" Avropa Liqasında “Fiorentina”ya böyük hesabla məğlub olub

"Qarabağ" Avropa Liqasında “Fiorentina”ya böyük hesabla məğlub olub

  • 30-09-2016, 09:51
  • idman
  • 76
"Qarabağ" Avropa Liqasında “Fiorentina”ya böyük hesabla məğlub olub Ölkə çempionu “Qarabağ” dünən beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.
İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.
İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.
Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

Avropa Liqası
Qrup mərhələsi
II tur
J qrupu

“Fiorentina” (İtaliya)- “Qarabağ” - 5:1
Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Zarate, 63, 78 - Ndlovu, 90
Qırmızı vərəqə: Elvin Yunuszadə, 30
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031