dini radikalizm və ekstremizmlə mübarizə

AMADA idman məktəblərində Antidopinq Maarifləndirmə Proqramına başlayıb

AMADA idman məktəblərində Antidopinq Maarifləndirmə Proqramına başlayıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə idman məktəblərində geniş Antidopinq Maarifləndirmə Proqramı həyata keçirir.

Djb.az xəbər verir ki, AMADA-dan apasport.az saytına verilən məlumata görə, “Dəyərlərə Əsaslanan Maarifləndirmə Proqramı” Təhsil Nazirliyinin tabeliyində olan paytaxt və regionlardakı idman məktəblərini əhatə edir.

Proqram çərçivəsində AMADA-nın mütəxəssisləri antidopinq sahəsi ilə bağlı vacib bilikləri, o cümlədən təmiz idman dəyərləri, dopinqdən istifadənin idmançıların sağlamlığına zərərləri və hüquqi nəticələri barədə ətraflı məlumat verirlər.

Maarifləndirmə proqramında həmçinin narkotik vasitələrlə mübarizə mövzusuna xüsusi yer verilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icraçılarından biri olaraq AMADA Narkotik vasitələrin və psixotrop maddələrin qəbulunun zərərləri və fəsadları ilə bağlı gənc və yeniyetmə idmançılara ətraflı məlumat verilir.

Maarifləndirmə proqramına müxtəlif tədbirlər, o cümlədən seminarlar, sual-cavab sessiyaları və əyləncəli intellektual yarışların keçirilməsi daxildir. Proqramda iştirak edən gənc və yeniyetmə idmançılara antidopinq sahəsi ilə bağlı əyani vəsaitlər, təbliğat materialları və müxtəlif hədiyyələr təqdim olunur.

Oxunub: 2 994
Oxşar xəbərlər
SON XƏBƏRLƏR