dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə millisinin 3 futbolçusu koronavirusa yoluxub

Baxış Sayı:927

Türkiyə millisinin 3 futbolçusu koronavirusa yoluxub

DÇ-2022-nin seçmə mərhələsinə parlaq qələbələrlə başlayan Türkiyə yığmasında koronavirus şoku yaşanır.

Djb.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın 3 futbolçusu koronavirusa yoluxub.

Yerli mətbuatda yazılan məlumata əsasən, testin nəticəsi 3 nəfərdə pozitiv çıxıb və həmin oyunçular karantinə alınıb. A Spora açıqlama verən millinin sabiq baş məşqçisi Mustafa Dənizli də xəbəri təsdiqləyib. O, yığmanın hazırkı çalışdırıcısı Şenol Günəşlə danışdığını və məlumatın doğru olduğunu öyrəndiyini söyləyib.

Qeyd edək ki, qrupdakı ilk oyunlarında Niderlandı 4:2, Norveçi isə 3:0 hesabı ilə məğlub edən Türkiyə yığması sabah Latviyanı qəbul edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR