dini radikalizm və ekstremizmlə mübarizə

Gənc idmançı Əliyev Turan Qəhrəman oğlu Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub


Djb.az xəbər verir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir ki, bu da gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırır.
Suraxanı rayon gəncləri də öz təşəbbüskarlığı, fəallığı ilə hər zaman seçilir. Gənc idmançı Əliyev Turan Qəhrəman oğlu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, Turan Əliyev 2019-cu ildə cudo idman növü üzrə Dünya kubokunda 1-ci yeri, sərbəst güləş idman növü üzrə beynəlxalq turnirdə 3-cü yeri qazanmışdır.

Gənc idmançımıza uğurlar, gələcək yarışlarda da nailiyyətlər diləyirik.

Oxunub: 1 136
Oxşar xəbərlər
SON XƏBƏRLƏR