dini radikalizm və ekstremizmlə mübarizə

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yarımfinala yüksəlib

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yarımfinala yüksəlib

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib.

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq. Digər 1/2 final görüşündə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Yarımfinal matçları isə fevralın 11-12-də olacaq.

“Opera Euro Rapid”
1/4 final, ikinci matç
10 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) - 2:2 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5)
Tay-brek: 0,5:1,5 (0,5:0,5, 0:1)
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)

Oxunub: 2 256
Oxşar xəbərlər
SON XƏBƏRLƏR