dini radikalizm və ekstremizmlə mübarizə

Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib, 1/4 finala yüksəlib

Baxış Sayı:1 648

Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib, 1/4 finala yüksəlib

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

Beləliklə, 15 oyunda 1 qələbə qazanıb, 14 heç-heçə edən Rəcəbov 8 xal toplayıb. O, bu nəticə ilə 7-ci yeri tutub və 1/4 finala yüksəlib. Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç, 9,5 xal), Aniş Giri (Niderland, 9,5), Uesli So (ABŞ, 9), Levon Aronyan (Ermənistan, 8,5), Maksim Vaşye-Laqrav (Fransa, 8,5), Yan Kşiştof Duda (Polşa, 8) və Daniel Dubov (Rusiya, 7,5) pley-offda iştirak hüququ qazanıb.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR