dini radikalizm və ekstremizmlə mübarizə

Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verildi

Respublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verildi

Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra Respublika Olimpiya Mərkəzi ilə tanış olublar.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, Mərkəzin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılıb, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülüb.

Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənib, metal, metal-plastik və avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub.

Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulub, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılıb, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilib, daxili bəzək işləri həyata keçirilib. Mərkəzdə bir ədəd sauna, hol hissəsində isə guşə quraşdırılıb. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülüb.

Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, video müşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub. Həmçinin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorotiv kollar və ağaclar əkilib.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR