dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan milli komandası Sloveniya ilə qarşılaşacaq

Azərbaycan milli komandası Sloveniya ilə qarşılaşacaq

Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Sloveniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Qarşılaşma Lyublyananın “Stojitse” stadionunda baş tutacaq. Bu, baş məşqçi Canni de Byazinin rəhbərliyi altında ilk yoxlama matçı olacaq.

İtaliyalı mütəxəssis indiyədək yalnız Millətlər Liqasının görüşlərində yığmamıza rəhbərlik edib. Lyublyanadakı matç komandamızın 2020-ci ildə də ilk belə sınağı olacaq.

Düzdür, millimiz martda Lixtenşteyn və Malta, mayda Türkiyə ilə yoldaşlıq görüşləri keçirməli idi. Lakin koronavirus pandemiyası üzündən həmin qarşılaşmalar ləğv edilib.

Daha bir ilk isə rəqiblə bağlıdır. Komandamız tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. İndiyədək bu iki milli nə yoxlama, nə rəsmi turnirlər çərçivəsində qarşılaşmayıb.

“Stojitse” stadionundakı oyun hər iki komanda üçün Millətlər Liqasının qarşıdakı görüşlərinə hazırlıq xarakteri daşıyır. C liqasında mübarizə aparan rəqiblər fərqli qruplarda, fərqli hədəflər uğrunda mübarizə aparır.

Millimiz Monteneqro və Lüksemburqla matçlarda 1-ci qrupun sonuncusu olmamaq uğrunda vacib xallar qazanmalıdır. 3-cü qrupun lideri olan rəqibimiz isə Kosovo və Yunanıstanla qarşılaşmalarda mövqeyini qorumağa çalışacaq.

Qeyd edək ki, Sloveniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Yoldaşlıq oyunu
11 noyabr
23:45. Sloveniya – Azərbaycan
Baş hakim: Ferens Karako (Macarıstan)
Lyublyana. “Stojitse” stadionu

Oxunub: 524
Oxşar xəbərlər
SON XƏBƏRLƏR