» » Qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

  • 10-07-2020, 08:53
  • idman
  • 353
Qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul – Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından NOCOMMENT.az -a verilən məlumata görə, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.

Ümumilikdə 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti – SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31