dini radikalizm və ekstremizmlə mübarizə

La Liqada hər gün oyun olacaq


Koronavirus pandemiyası üzündən dayandırılan İspaniya La Liqasında mövsümün bərpasından sonra oyunların keçirilmə qrafiki müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa və İspaniya Kral Futbol Federasiyası qarşıdakı matçların planını razılaşdırıb.

İyunda bərpa olunacaq çempionatın oyunları həftənin hər günü keçiriləcək. Həftənin 7 gününü əhatə edəcək matçlar elə təşkil ediləcək ki, eyni komandanın iki görüşü arasında ən azı 72 saat olsun.

Təqvim tərtib olunarkən iqlim də nəzərə alınacaq. Şimal bölgələrində oyunlar tez başlayacaq. Razılaşma yaxın günlərdə təsdiqlənərək rəsmən açıqlanacaq.

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR