» » Olimpiya və dördqat Avropa çempionu Yanis Lusis vəfat edib

Olimpiya və dördqat Avropa çempionu Yanis Lusis vəfat edib

  • 30-04-2020, 08:27
  • idman
  • 130
Olimpiya və dördqat Avropa çempionu Yanis Lusis vəfat edib

SSRİ milli komandasının tərkibində Mexiko Olimpiya Oyunlarının qalibi, nizə atıcısı Janis Lusis 81 yaşında vəfat edib.

Bu barədə Latviya Atletika İttifaqın məlumat yayıb.

O, 1968-ci il Olimpiadasını qazanmaqla yanaşı, 1972-ci ildə gümüş, 1964-cü ildə isə bürünc medala sahib olub.

İki dəfə dünya rekordunu qıran Lusis, həm də 4 dəfə Avropa çempionu adını qazanıb.

1987-ci ildə Beynəlxalq Atletika Federasiyaları Birliyi Luisisi idman tarixinin ən yaxşı atıcısı adına layiq görüb. 2014-cü ildə isə atletikanın inkişafına xüsusi töhfəsinə görə Beynəlxalq Federasiyanın Şöhrət Zalına daxil edilib.

Qeyd edək ki, Lusis son illərdə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. //apa.az
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031