dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

Bu il martın 12-də Bakıda start götürdüyü halda, yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Open.az-ın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən məlumatına görə, qurumun İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.

Oxunub: 611
Oxşar xəbərlər
SON XƏBƏRLƏR