dini radikalizm və ekstremizmlə mübarizə

UEFA lisenziyalaşdırma üçün klublara əlavə vaxt verəcək

UEFA lisenziyalaşdırma üçün klublara əlavə vaxt verəcək

UEFA klubların lisenziyalaşdırma prosesinin müddətini uzadacaq.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, prosesin bitmə tarixi avrokuboklarda yerlərin bölünməsi qaydası təsdiqlənənə qədər artırılacaq: “İcraiyyə Komitəsi növbəti dəfə klubların lisenziyalaşdırma prinsiplərinə və maliyyə feyr-pleyinə sadiqliyini qeyd edib. Amma razılaşıb ki, indiki istisna şərtlər milli assosiasiyalar və onların fəaliyyətinə kömək üçün xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir. Yaşanan fövqəladə hadisələr səbəbindən artan qeyri-müəyyənliyə görə İcraiyyə Komitəsi klubların hazırlıq və gələcək maliyyə göstəricilərinin qiymətləndirilməsi ilə bağlı olan lisenziyalaşdırma xətti üzrə əsasnamənin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar istisna olaraq komandaların UEFA-nın 2020/21 mövsümündə klub turnirində iştiraka şamil olunur”.

Qeyd edək ki, avrokubokların keçirilməsi martın 13-dən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasında 1/8 final başa çatdırılmayıb.

Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR