» » Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Tokio-2020-nin təxirə salındığını açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Tokio-2020-nin təxirə salındığını açıqlayıb

  • 24-03-2020, 08:38
  • idman
  • 56
Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Tokio-2020-nin təxirə salındığını açıqlayıb

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlayıb.

O bildirib ki, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031