dini radikalizm və ekstremizmlə mübarizə

Yığmanın baş məşqçisi: "Rusiya ilə matça köklənmək psixoloji cəhətdən çətin idi"

Yığmanın baş məşqçisi: "Rusiya ilə matça köklənmək psixoloji cəhətdən çətin idi"

“Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə matça köklənmək psixoloji cəhətdən çox çətin idi”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis DÇ-2020-nin seçmə mərhələsinin elit-raundunun Rusiya ilə matçı barədə fikirlərini açıqlayıb. O, 4:3 hesablı qələbədən məmnun qaldığını bildirib: “Səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artıqdır. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım. Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya - Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”.

Oxunub: 598
Oxşar xəbərlər
SON XƏBƏRLƏR