dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda futbol ili başa çatıb

Azərbaycanda futbol ili başa çatıb

Azərbaycanda futbol ilinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin son oyunları Azərbaycan kuboku çərçivəsində keçirilib.

1/4 finalın cavab görüşləri çərçivəsində 2 matç baş tutub. “Sumqayıt” evdə “Neftçi”ni qəbul edib.

Səfərdə 1:0 hesablı qələbə qazanan Ayxan Abbasovun yetirmələri bu üstünlüyü qoruya biliblər. Roberto Bordinin komandası isə qolsuz heç-heçədən sonra ardıcıl ikinci dəfə yarımfinala vəsiqəni Sumqayıtda əldən verib.

Günün digər qarşılaşmasında “Keşlə” “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi ilk görüşdəki kimi yenə qalib gəlib.

Evdə minimal hesabla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə daha məhsuldar olublar. İlk yarıda 2 qol vuran əyalət klubu fasiləyə üstün yollanıb. Fasilədən sonra komandalar hərəyə bir qol vurublar və “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.

Görüşün ikinci hissəsi “Qarabağ”da debütlə əlamətdar olub. Q.Qurbanov 17 yaşlı oğlu Musa Qurbanlıya əsas komandada debüt etmək şansı verib. Meydan sahibləri fasilədən sonra qollardan birinin əvəzini çıxsalar da, bu, ümumi nəticəyə təsir etməyib.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
20 dekabr (cümə)

“Sumqayıt” – “Neftçi” - 0:0
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 77. Donald Gerye, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”, 17:00

“Keşlə” – “Qarabağ” - 1:3
Qollar: Mahmudov, 67 - Emreli, 20, Romero, 40, Bayramov, 90+2
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə
Baş məşqçi: Tərlan Əhmədov
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”, 20:00

Oxunub: 650
Oxşar xəbərlər
SON XƏBƏRLƏR