» » Azərbaycan taekvondoçularının rəqibləri müəyyənləşib

Azərbaycan taekvondoçularının rəqibləri müəyyənləşib

  • 6-12-2019, 10:48
  • idman
  • 80
Azərbaycan taekvondoçularının rəqibləri müəyyənləşib

Bu gün Rusiyanın paytaxtı Moskvada start götürən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda mübarizə aparacaq Azərbaycanın üç təmsilçisinin də rəqibləri müəyyənləşib.

Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. C.Ağayev Böyük Britaniya təmsilçisi Bredli Sinden ilə üz-üzə gələcək. R.İsayev isə Smaiyl Duisebay (Qazaxıstan) ilə qarşılaşacaq.

İlk mərhələdən azad olan Milad Beiqi Harçeqani (80 kq) isə yarışa 1/4 finaldan başlayacaq. O, 1/8 finalın Tomas Rahimi (ABŞ) - Miquel Soares (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, 42 ölkədən 128 idmançının qatılacağı yarış Moskvanın “Dinamo” İdman Sarayında baş tutacaq. Dünyanın reytinqli 16 kişi və qadın taekvondoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları reytinqlərinə müvafiq olaraq, 80, 48 və 28,8 xal əlavə edəcəklər.
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031