» » Ramil Quliyev: “Hədəfim Türkiyəyə yeni zəfər yaşatmaqdır”

Ramil Quliyev: “Hədəfim Türkiyəyə yeni zəfər yaşatmaqdır”

  • 2-12-2019, 10:05
  • idman
  • 23
Ramil Quliyev: “Hədəfim Türkiyəyə yeni zəfər yaşatmaqdır”

“Qarşıda bizi Tokio Olimpiadası gözləyir. Hər kəs ona hazırlaşır və ən əhəmiyyətli yarış da məhz həmin Oyunlardır”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev deyib.

29 yaşlı Avropa və dünya çempionu qarşıdakı hədəflərini açıqlayıb. O bildirib ki, əsas arzusu mundialda olduğu kimi, Yay Olimpiya Oyunlarında da “ay-ulduzlu” komandaya ilk yaşatmaqdır: “Biz gücümüzü, planlarımızı Olimpiadaya uyğun qurmuşuq. Artıq təlim-məşq toplanışına başlamışıq. Hədəfim Türkiyəyə yeni bir zəfər yaşatmaqdır”.

Qeyd edək ki, Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı “Brilyant Liqa”da qazanıb. O, 200 m məsafəni 19,99 saniyəyə qət edib və bu nəticə həmyerlimizə Olimpiadada iştirak hüququ verib.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031