» » “Uraqan” kikboksinq idman klubu

“Uraqan” kikboksinq idman klubu

  • 22-11-2019, 09:48
  • idman
  • 204

Elnur Cəfərov- bir amalım var. Azərbaycan üçün güclü idmançılar və çempionlar yetişdirmək, Azərbaycanın kikboksinqini dünyaya tanıtmaq.
“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərən “Uraqan” kikboksinq idman klubunun qonağı olduq.
“Uraqan” kikboksinq idman klubu 27.04.2018-ci ildən fəaliyyət göstərir, hal-hazırda 30-dan cox idmançı şagirdi var. Bu günki gündə böyük nəticəli klubların sırasındadı. “Uraqan” kikboksinq idman klubunun prezidenti və məşqıçı müəllimi Dünya və Avropa çempionu, Beynəlxalq turnirlərin qalibi, dəfələrələ Azərbaycan və Respublia çempionu, “Qara Dəniz” kubokunun sahibi, “Dünya Kuboku”nun mükafatçısı, 2 dəfə WASKO MMA üzrə Avropa çempionatının qızıl mükafatçısı, K-1 kəmərinin sahibi, Qran-pri almış idmançı, “İdman Ustası” fəxri adına layiq görülmüş Elnur Cəfərovu tanıyaq: Elnur Zakir oğlu Cəfərov 11 mart 1990-cı ildə Sabirabad rayonu Qalaqayın kəndində idmançı ailəsində dünyaya gəlmişdir. Onun anası Ruqiyyə Cəfərova Sovetlər birliyinin idmançısı olmuşdur. SSRİ-nin qaçış idman növü üzrə çempionu həmçinin Azərbaycanda ilk maşın sürən qadın olmuşdur. Elnur Sabirabad rayonu Qalaqayın kəndində Ə.Qurbanov adına 1 nömrəli tam orta məktəbdə ilk təhsilini alır. Beş yaşında Sabirabad rayonu Təhsil idman klubunda nəzdində “Məhsul” kənd könüllü idman cəmiyyətində sərbəst güləş idman növündə ilk məşqlərə başlayır. Onun ilk müəllimləri Asif müəllim və Oktay Mehdiyev olmuşdur. Elnur beş yaşında olarkən ona ağır itki baş verir atası Zakir Cəfərov 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyışır. Onu da xatırladaq ki, Zakir Cəfərov ağır atletkayla məşğul olan həvəskar idmançı olub. Elnur Cəfərov 2008-ci ildə orta məktəbi bitirir. 2008-2010-cı illərdə N saylı hərbi xidmətdə xidmət edir. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedoqoji kollecinin fiziki tərbiyə məlimliyi fakültəsində təhsil alır və buranı fərqlənmə diplomu ilə bitirir. Elnur Cəfərov Azərbaycanın fəxrli idmançılarından biridir. Onun qələbələri bitib tükənmir: 2007-ci ildə rayonlar arası “Dirçəliş” gününə həsr olunmuş sərbəst güləş açıq birinciliyinin gümüş mükafatçısı, 2008-ci ildə rayonlar arası “5Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş yarışın qalibi, 2011-ci ildə “Azərbaycan Xalq Mlli oyunları” spartagiyasında II yerin qalibi, 2013-ci ildə Ukraynanın Yalta şəhərində keçirilən MMA idman növü üzrə “Dünya Kuboku”nun mükafatçısı. Elnurun 2014-2015-ci illərdə uğurları daha da bol olur beləki, MMA idman növü üzrə Azərbaycan çempionu, WASKO kikboksinq üzrə Avropa çempionatının qızıl mükafatçısı, WASKO MMA üzrə Avropa çempionatının qızıl mükafatçısı, Gürcüstanda keçirilən MMA üzrə K-1 Beynəlxalq OPEN birinciliyinin qızıl mükafatçısı. 2015-ci ildə Tibilisidə keçirilən Beynəlxalq çempionatın təfsilat mərhələsində II yer, elə həmin ildə Gürcustanda keçirilən “Qara Dəniz” kubokunun sahibi, 2015, 2016, 2017-ci illərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş növü üzrə Beynəlxalq turnirlərin çempionu olmuşdur. 2017-ci ildə Qran-pri açıq birincilikdə I yer, 2019-cı ilin 18-20 yanvaraında Tibilisidə keçirilən K-1 kəmərinin sahibi, 2019- cı ildə İran İslam respublikasında keçirilən kikboksinq idman növü üzrə Beynəlxalq yarışda kəmər və medalın sahibi, 2019-cı ildə kikboksinq idman növünün Azərbaycan çempionatının mükafatçısı. 2014-ci ildə Əlbəyaxa Döyüş növü üzrə “İdman Ustası” fəxri adına layiq görülmüşdür. 2017-ci ildən ailəlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır. 27.04.2018-ci ildən fəaliyyət göstərən “Uraqan” kikboksinq idman klubunun prezidentidir. “Uraqan” kikboksinq idman klubunun nəticəli idmançıları çoxdur onların bir neçəsi ilə sizləri tanış edirik: “Uraqan” ləqəbli idmançı 13 yaşlı Aynur Mikayılova bizə öz fikirlərini dedi: -Baku OPEN və Azərbaycanda keçirilən yarışların qalibiyəm, bu günə qədər 20 yarışda 31 qələbəm olub, hər birinə görə Elnur müəlimə borcluyam. 1 il 6 aydı məşqlərə başlamışam, məşqıçı müəllimimdən çox razıyam çünki məni çox irəli aparır. Kikboksinq Federasiyasının Prezidenti Adil müəllimdə biz idmançı şagirdlərə qaygı ilə yanaşır. Ən böyük arzum Dünya, Avropa çempionatlarında döyüşüb Azərbaycanı tanıtmaqdır. 12 medal sahibi 7 yaşlı Həsənli Hüseyn idman klubları və müəllimi haqqında söylədikləri: -Bir ilə yaxındır “Uraqan” idman klubunda məşqlərə başlamışam. 4 dəfə birinci yerin qalibi olmuşam. İnanıram ki, Elnur müəllim mənim arxamda dayanıb məni gələcəyin çempionu edəcək. 14 yaşlı 11 medal sahibi olan Məhərrəmov Atabala gələcəyə iddiallı çempiondur: -Kikboksinq idman növünə cox marağım var idi. Özümüm və valdeynlərimin istəyi ilə məşqlərə gəlməyə başladım. Məndə 1 il 6 aydı məşq edirəm, 4 şəhər birinciliyi, 2 məktəb birinciliyi, DİN-nin idman klubnun birinçiliyinin qalibi olmuşam. Elnur müəllim nailiyyətli çempiondur məndə ondan çox şeyi öyrənirəm. O, mənim məşqiçi müəllimim və idmanda yol göstərənimdi. Sağ olsun bizimlə çempion kimi məşğul olur və ən əsasıda bizə həmişə dəstəkdir. Məqsədim Dünya, Avropa çempionu olmaqdır. 15 yaşlı 8 medal 1 kəmər sahibi olan çempion İbrahim Məmmədov bunları bildirdi: -Bir ilə yaxındır ki, Elnur müəllimin rəhbəri olduğu idman klubunda məşq edirəm. Məqiçim Elnur müəllim potensiallı və döyüş fəndləri bilən güclü idmançıdır. O mənə kikboksinqin sirrlərini öyrədir, bu idman növünü çox sevirəm. Ən böyük arzum gələcəyin məhşur çempionu olub Elnur müəllimim kimi Azərbaycanın fəxri olmaqdır. 3 noyabr Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş çox mübarizəli idman döyüş növləri üzrə açıq turnirdə kəmər qazandım, 8 medalım var. İdmanla məşğul olmayan uşaqlara demək isdəyirəm ki, idmanla məşqul olun. İdman sağlamlıqdır, həm də idmanla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olur. Gələcək arzum budur ki, bütün ölkə yarışlarında çempion olaraq Azərbaycan bayrağını dalğalandırmaqdır. “Uraqan” kikboksinq idman klubunun prezidenti və məşqıçı müəllimi Elnur Cəfərov “İctimaixəbər.com” informasiya xəbər portalına verdiyi müsahibəsində bunları bildirdi: - Həmişə idmançıların dəstəkçisi olan Ulu Öndər Heydər Əliyevin idman və idmançılarla bağlı dəyərli fikirləri var. “Kimki idmana idmanciya dəstək olur, o sanki mənə dəstək olmus olur, kimki idmana idmanciya mane olur ,o sanki mənə mane olur”. Xarıçı dövlətlərdə bayrağı prezident və idmançı qaldırır. Yeganə xanım bəli mən xalqımla, dövlətimlə fəxr edən bir idmançıyam. Azərbaycan bayrağını dəfələrələ dalğalandırıb, himnini səsləndirmişəm, bu da hər bir vətəndaş üçün çox qürurverici bir haldır. İdmançı uğurları ilə və qalibiyyətli tələbələri ilə fəxr edər. Klubumuzun yeni açılmasına baxmayaraq kifayət qədər nətiçəli idmançı şagirdləri var. Bu vaxta qədər Baku OPEN, Azərbaycan, Respublika və Beynəlxalq turnirlərinin qaliblərini yetişdirmişəm və yetişdirməkdədə davam edirəm. Bu gün fəxrlə idmançı şagirdlərimdən Aynur Mikayılovanın, İbrahim Məmmədovun, Hüseyn Həsənlinin adını çəkə bilərəm. AKF-nın prezidenti hörmətli millət vəkili Adil Əliyevə, AKF-nın birinci vitse prezidenti Güloğlan Cabbarova, Hakim Hacıyevə, Muxtar Allahyarova öz dərin minnətdarlığımı bildirirəm. Onlar həmişə mənə, “Uraqan” kikboksinq idman klubunun idmançılarına və bütün kikboksinqçilərə dəsdəkdilər. Başımda yaranan ağrılara görə həkimlər karyeramı davam etdirməyə içazə vermirlər. Amma bir amalım var Azərbaycan üçün güclü idmançılar, çempionlar yetişdirmək, Azərbaycanın kikboksinqini dünyaya tanıtmaq.
Elnur müəllim, həmişə yetişdirdiyiniz tələbələrin qələbə soraqları Dünya, Avropa və Olimpia arenalarından gəlsin. Azərbaycanın 3 rəngli bayrağını uca zirvələrə qaldırıb, himnimizi səsləndirsinlər. Sizə çətin, çətin olduğu qədərdə şərəfli peşədə uğular arzulayırıq.
Sizlərə sayıtımız vasitəsi ilə “Uraqan” kikboksinq idman klubunun məşq prosesinin video rolikini təqdim edirik.

Yeganə Telmanqızı








Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031