» » Portuqaliyada Türkiyə və Azərbaycan bayrağı birgə dalğalandırıldı-FOTOLAR

Portuqaliyada Türkiyə və Azərbaycan bayrağı birgə dalğalandırıldı-FOTOLAR

  • 8-11-2019, 11:22
  • idman
  • 31
Portuqaliyada Türkiyə və Azərbaycan bayrağı birgə dalğalandırıldı-FOTOLAR

Bu günlərdə Portuqaliyanın Lissabon şəhərində keçirilən Kempo üzrə Avropa çempionatında Türkiyənin milli komandası uğurla çıxış edib.
Komandanın rəhbəri, Federasiyanın Prezidenti Halis Afşar və Federasiyanın xarici əlaqələr rəhbəri Onur İsguven «Təzadlar»ın xüsusi müxbirinə yarışın olduqca uğurlu keçdiyini bildirdi. Belə ki, ümumilikdə Türkiyə yığması 15 medal qazanıb. Ən qürurverici hal isə ondan ibarətdir ki, yarışın sonunda idmançıların mükafatlandırılması zamanı onlar fəxri kürsüyə çıxan zaman səhnəyə həm Türkiyə, həm də Azərbaycan bayrağı birgə çıxarılıb, baraqlarımız qoşa dalğalanıb.
Federasiyanın xarici əlaqələr rəhbəri Onur İsguven: «Biz Azərbaycan qardaşlarımızın yoxluğunu burada da hiss etdirmədik və hər zaman, eləcə də bütün yarışlarda Türkiyənin bayrağı ilə bərabər, Azərbaycanın da bayrağını qaldırmağı özümüzün qardaşlıq borcu sayırıq, bunu həmişə edəcəyik».
Bəli, bu, Türkiyə qardaşlarımızdan Azərbaycana daha bir jestdir! Var olsun bir millət-iki dövlət! Var olsun Azərbaycan-Türkiyə qardaşlığı!
Onu da qeyd edək ki, Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyası ilə Türkiyənin Kempo Federasiyası arasında sıx əlaqə vardır, əməkdaşlıq yüksək səviyyədə davam edir. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyevin və Federasiyanın Regionların İnkişafı üzrə vitse-Prezident Ruslan Quliyevin səmərəli fəaliyyəti nəticəsində idmançılarımızın sorağı ən mötəbər beynəlxalq yarışlardan gəlir.

A.Məmmədli



Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930